Qaydalar və şərtlər

İstifadə qaydaları Bu İsti̇fadə qaydalarını qəbul etməklə si̇z, Portaldan İsti̇fadə qaydalarını qəbul etmi̇ş hesab edi̇li̇rsi̇ni̇z. Əgər si̇z, bu Portaldan fərdi̇ qaydada isti̇fadə edi̇rsi̇ni̇zsə, qaydalarda “si̇z” dedi̇kdə, fərdi̇ olaraq özünüz nəzərdə tutulursunuz. Əgər si̇z, bu İsti̇fadə qaydalarını hər hansi şirkəti̇n və ya di̇gər hüquqi̇ şəxsi̇n adından təsdi̇q edi̇rsi̇ni̇zsə, si̇z həmi̇n şirkəti̇n və ya hüquqi̇ şəxsi̇n nümayəndəsi̇ ki̇mi̇ qəbul edi̇li̇rsi̇ni̇z və təsdi̇q edi̇rsi̇ni̇z ki̇, belə bi̇r İsti̇fadə qaydalarını təsdi̇q etmək səlahi̇yyəti̇ni̇z var və bu halda qaydalarda “si̇z” dedi̇kdə, müvafi̇q şirkət və ya di̇gər hüquqi̇ şəxs nəzərdə tutulur. Əgər belə bi̇r səlahi̇yyəti̇ni̇z yoxdursa və bu İsti̇fadə qaydalarını təsdi̇q etmi̇rsi̇ni̇zsə, belə olduqda bu Portaldan İsti̇fadə edə bi̇lməyəcəksi̇ni̇z. Giriş Bu İstifadə Qaydaları sizin “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs (bundan sonra – Agentlik) tərəfindən yaradılan və elektron xidmətlərdən istifadənin şərt və müddəalarını özündə əks etdirir. Bu İstifadə Qaydaları tərəflərin Portal ilə bağlı bütün razılaşmalarını müəyyən edir. Dəyişikliklər Agentliyin bildiriş göndərmədən bu İstifadə Qaydalarına əlavə və dəyişikliklər etmək üçün müstəsna hüququ vardır. Mövcud Portalı genişləndirən və inkişaf etdirən hər hansı yeni xüsusiyyətlər, o cümlədən yeni alətlər və mənbələrin buraxılması bu İstifadə Qaydalarına tabedir. Hər hansı bir dəyişiklikdən sonra Portaldan davamlı istifadəniz bu dəyişikliklərə razılığınız kimi qiymətləndirilir. Siz, İstifadə Qaydalarının cari versiyası ilə hər zaman “Şərtlər və Qaydalar”da tanış ola bilərsiniz. Ödəniş Portaldan istifadə ödənişsizdir. Portalda dəyişikliklər Agentliyin bildiriş göndərməklə Portalın fəaliyyətində istənilən vaxt və ya mütəmadi dəyişikliklər etmək və ya fəaliyyəti müvəqqəti və ya daimi dayandırmaq üçün müstəsna hüququ vardır. Agentlik Portalda edilmiş istənilən dəyişiklik, yenilənmə, dayanmalara görə sizin və ya istənilən üçüncü şəxlərin qarşısında məsuliyyət daşımır. Portaldan istifadə Siz: (a) Portalın hər hansı bir təhlükəsizlik və ya digər texnoloji xüsusiyyətlərinin və ya tədbirlərinin pozulmasına, onlara müdaxilə edilməsinə, dəyişdirilməsinə və ya aradan qaldırılmasına; (b) Portalın, onunla əlaqəli hər hansı sistemin və ya altsistemin, o cümlədən nüfuzetmə və yük testlərinin yoxlanmasına, tədqiqatına və ya zəifliyinin test edilməsinə cəhdlərə; (c) Portalın əsas quruluşunu, texnologiyasını və ya alqoritmlərini axtarmağa cəhdlərə, özünüz və ya sizin icazənizlə hər hansı üçüncü şəxslər tərəfindən icazə verməyəcəksiniz. (d) Portal və hər hansı əlaqəli proqram təminatı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə tabedir. Portala və bu cür proqram təminatına aid bütün qanunvericiliyə ciddi şəkildə riayət etməyə və lazım olduqda Portalı, proqram təminatını və əlaqəli digər sənədləri ixrac etmək, təkrar ixrac etmək və ya köçürmək üçün hər hansı bir lisenziya və ya digər icazə almaq üçün razılaşırsınız. Portaldan istifadə etdiyiniz zaman Azərbaycan Respublikasının qüvvədə olan normativ hüquqi aktlarına riayət edilməməsinə görə məsuliyyət daşıdığınızla, habelə Agentliyin Sizin birbaşa və dolayısı ilə Portaldan istifadəniz və ya bu İstifadə Qaydalarının pozulması ilə əlaqədar zərər, ziyan, məhkəmə və vəkil xərcləri də daxil olmaqla yaranmış istənilən xərcləriniz, iddianız və ya digər bu formada olan şikayətlərinizdən azad olması ilə razılaşırsınız. Bu İstifadə Qaydalarında açıq şəkildə göstərilən hallar istisna olmaqla, Portal üçün heç bir hüququnuz yoxdur. Agentlik bu İstifadə Qaydaları ilə Sizə birbaşa verilməmiş bütün hüquqlara sahibdir. Rəy Siz Portalın fəaliyyəti, funksionallığı və performansı (potensial səhvlərin (errorlar), yaxşılaşdırmaların və yenilənmələrin müəyyən edilməsi daxil olmaqla) ilə bağlı Agentliyə rəy bildirdiyiniz zaman Agentliyə bu rəylərdən heç bir maliyyə öhdəliyi və digər hər hansı öhdəlik daşımadan istifadə etməsinə razılıq vermiş hesab olunursunuz. İmtina Agentlik Portaldan istifadə zamanı sizin kompüter avadanlığınızda olan və yaxud başqa əmlakınızı zədələyə biləcək istənilən ziyana və ya virusa görə məsuliyyət daşımır. İntellektual mülkiyyət hüququnu pozan, hədə, böhtan, pornoqrafik xarakter daşıyan, yoxlanılmamış, yanlışlığa sövq edən, təhqiramiz, nalayiq, skandal, təhrikçi, hörmətsiz materialların və ya Azərbaycan Respublikasının qanunvericiliyini pozan və qanunsuz olan davranışa səbəb olan və yaxud təhrik edən bu kimi başqa fəaliyyətlə məşğul olmaq üçün Portaldan istifadə etmək qadağandır. Agentlik hüquq-mühafizə orqanlarına tam yardım göstərəcək və yaxud Agentlik bu cür fəaliyyətlə məşğul olan istifadəçinin şəxsi məlumatlarını səlahiyyətli dövlət orqanlarına məlumat vermək, istənilən məhkəmə və inzibati aktları yerinə yetirmək və istənilən vaxt bu cür hesabları silmək hüququnu özündə saxlayır. Məsuliyyət Qanunla müəyyən edilmiş həddə, Agentlik heç bir halda Sizin kompüterinizə və ya Portaldan istifadənizə edilmiş kiber hücum, müdaxilə və ya digər icazəsiz giriş nəticəsində vurulmuş istənilən ziyan, zərər, itki və ya xəsarətə görə məsuliyyət daşımayacaqdır. Təhlükəsizlik Agentlik fərdi və kommersiya sirri təşkil edən məlumatların mühafizəsinə, habelə təsadüfi itkilərin və icazəsiz girişlərin, istifadənin, Portalda dəyişiklik edilməsinin və ya açıqlamaların olmaması üçün mümkün və lazımi texniki və təşkilati tədbirlər görmüşdür. Eyni zamanda üçüncü tərəflərin heç vaxt bu tədbirləri məğlub edə bilməyəcəyinə və ya şəxsi məlumatlarınızdan və digər məlumatlardan müxtəlif məqsədlər üçün icazəsiz istifadə edə bilməyəcəyinə zəmanət verə bilmir. Siz, təsdiq edirsiniz ki, şəxsi və ya kommersiya sirri təşkil edən məlumatlarınızın qorunmasına görə məsuliyyəti şəxsən özünüz daşıyırsız. Təyinat Bu İstifadə Qaydaları və bu sənəddə göstərilən bütün hüquq və icazələr Sizin tərəfinizdən verilə və ya dəyişdirilə bilməz. Agentlik isə istisnasız bu hüququ özündə saxlayır. Tətbiq Edilən Hüquq Bu İstifadə Qaydaları Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təfsir edilir və Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrinin müstəsna səlahiyyətlərinə tabedir. Əlavələr Bu İstifadə Qaydalarının bir hissəsi və ya bir bəndi öz qüvvəsini itirdikdə və ya ləğv edildikdə, bu hal bu İstifadə Qaydalarının öz qüvvəsini itirməsinə əsas hesab edilə bilməz.

Ən çox istifadə olunan xidmətlər

AYNA-nın elektron xidmət portalında ən çox istifadə olunan xidmətlərə bu bölmədən keçid edə bilərsiz

E-Daşıyıcılar

E-Daşıyıcılar

Sərnişin və yük daşımalarını yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən informasiya altsistemi

E-Daşıyıcılar

Sərnişin və yük daşımalarını yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən informasiya altsistemi

Elektron əmtəə-nəqliyyat qaiməsi

Elektron əmtəə-nəqliyyat qaiməsi

Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən informasiya altsistemi

Elektron əmtəə-nəqliyyat qaiməsi

Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən informasiya altsistemi

Fərqlənmə nişanının verilməsi üçün müraciət

Fərqlənmə nişanının verilməsi üçün müraciət

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın verilməsi ilə bağlı informasiya altsistemi

Fərqlənmə nişanının verilməsi üçün müraciət

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın verilməsi ilə bağlı informasiya altsistemi

Elektron formulyar

Elektron formulyar

Qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın elektron qaydada tərtib edilməsi

Elektron formulyar

Qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın elektron qaydada tərtib edilməsi

Rəqəmsal taxoqraf

Rəqəmsal taxoqraf

Bu xidmət vasitəsilə rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.

Rəqəmsal taxoqraf

Bu xidmət vasitəsilə rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.

Avtovağzal pasportu

Avtovağzal pasportu

Avtovağzallara (avtostansiyalara) pasportların verilməsi

Avtovağzal pasportu

Avtovağzallara (avtostansiyalara) pasportların verilməsi