Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılıb. Agentlik Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tabeliyində “Nəqliyyat-Servis”, “1 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “2 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi”, “1 saylı Gəncə Regional Nəqliyyat”, “2 saylı Quba Regional Nəqliyyat”, “3 saylı Şirvan Regional Nəqliyyat”, “4 saylı Lənkəran Regional Nəqliyyat”, “5 saylı Yevlax Regional Nəqliyyat”, “6 saylı Şəki Regional Nəqliyyat”, “7 saylı Göyçay Regional Nəqliyyat”, “8 saylı Sumqayıt Regional Nəqliyyat”, “9 saylı Ucar Regional Nəqliyyat”, “10 saylı Şəmkir Regional Nəqliyyat”, “11 saylı Tovuz Regional Nəqliyyat”, “12 saylı Beyləqan Regional Nəqliyyat”, “13 saylı Cəlilabad Regional Nəqliyyat”, “14 saylı Şamaxı Regional Nəqliyyat”, “15 saylı Mingəçevir Regional Nəqliyyat” məhdud məsuliyyətli cəmiyyətlərinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” və “Nəqliyyat Təlim-Tədris Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətlərinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin əsasında yaradılıb. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxs avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirir. Azərbaycan Respublikasi Prezidentinin Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında 19 aprel 2023-cü il tarixli fərmanına əsasən Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkilində iştirak edilməsi, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində tənzimləmənin və nəzarətin həyata keçirilməsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə həvalə edilib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – Agentlik) Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin ona qoşulması formasında yenidən təşkil edilib.
AYNA-nın elektron xidmət portalında ən çox istifadə olunan xidmətlərə bu bölmədən keçid edə bilərsiz
E-Daşıyıcılar
Sərnişin və yük daşımalarını yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən informasiya altsistemi
E-Daşıyıcılar
Sərnişin və yük daşımalarını yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən informasiya altsistemi
Elektron əmtəə-nəqliyyat qaiməsi
Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən informasiya altsistemi
Elektron əmtəə-nəqliyyat qaiməsi
Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən informasiya altsistemi
Fərqlənmə nişanının verilməsi üçün müraciət
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın verilməsi ilə bağlı informasiya altsistemi

Elektron formulyar
Qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın elektron qaydada tərtib edilməsi
Elektron formulyar
Qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın elektron qaydada tərtib edilməsi
Rəqəmsal taxoqraf
Bu xidmət vasitəsilə rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.
Rəqəmsal taxoqraf
Bu xidmət vasitəsilə rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.
Avtovağzal pasportu
Avtovağzallara (avtostansiyalara) pasportların verilməsi
Avtovağzal pasportu
Avtovağzallara (avtostansiyalara) pasportların verilməsi