1. FƏRDİ MƏLUMATLARIN TOPLANILMASI 1.1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra – AYNA), bu veb sayt üzərindən xidmətləri göstərmək üçün zəruri olan hallarda, habelə, qeyd edilən Xidmətlər ilə bağlı İstifadəçi ilə əlaqə qurmaq məqsədilə, İstifadəçinin fərdi məlumatlarını toplayır. AYNA, İstifadəçinin fərdi məlumatlarını yalnız müvafiq normativ – hüquqi aktlar və sözügedən aktlara uyğun Məxfilik siyasətilə nəzərdə tutulan hallarda və həcmdə üçüncü şəxslərə açıqlaya bilər. 1.2. AYNA, İstifadəçisinin könüllü olaraq AYNA-ya ötürdüyü, aşağıdakı qeyd edilən məlumatları toplayır: 1.2.1 Elektron poçt ünvanı; 1.2.2 Mobil telefon nömrəsi; 1.2.3 Şəxsiyyət vəsiqəsinin FİN-i; 1.2.4 Ad, soyad, ata adı; 1.2.5 AYNA bildirişlərini almaq üçün seçdiyiniz üsul; 1.2.6 Şəxsi hesabınızla əlaqəli fəaliyyət qeydləri (hesaba giriş cəhdləri, cihazın adı, modeli, əməliyyat sistemi və IP ünvanlar; 1.2.7 Xidmətlə əlaqədar daxil olduğunuz səhifələr; 1.2.8 Həmçinin saytda təqdim edilən xidmətlərin xüsusiyyətinə görə Sizdən qanunvericiliklə tələb edilən digər məlumatlar toplanıla bilər. 2. FƏRDİ MƏLUMATLARI NİYƏ TOPLAYIRIQ Sizin fərdi məlumatlarınızı toplamaqda əsas məqsəd Sizin təhlükəsizliyinizi təmin etmək, Sizin tələbatlarınıza və istəklərinizə daha uyğun olan keyfiyyətli xidmət göstərməkdir. Biz yalnız bu məqsədə nail olmaq üçün lazım olan məlumatları toplayırıq. 3. FƏRDİ MƏLUMATLARIN EMALI 3.1. AYNA aşağıdakı məqsədlər üçün fərdi məlumatları emal edə bilər: 3.1.1. Veb saytın fəaliyyətinin təmin edilməsi, o cümlədən: 3.1.1.1. İstifadəçinin qeydiyyatdan keçməsi və hesabına girişin təsdiqi üçün; 3.1.1.2. Veb saytda hesabı barədə İstifadəçiyə məlumat vermək üçün; 3.1.1.3. hesabdakı məlumatları yeniləmək üçün; 3.1.1.4. Saytın etibarlı və davamlı fəaliyyətini təmin etmək, həmçinin təqdim olunan xidmətlərin spektrini genişləndirmək və yeniləmək üçün; 3.1.1.5. İstifadəçinin sorğularını cavablandırmaq üçün; 3.1.1.6. statistik məlumatların toplanılması üçün. 4. FƏRDİ MƏLUMATLARIN PAYLAŞILMASI 4.1. Saytda təqdim edilən Xidmətlər ilə əlaqədar müxtəlif vəzifələri yerinə yetirmək üçün AYNA üçüncü tərəf - təchizatçıların xidmətlərindən istifadə edə bilər. Üçüncü şəxslərin xidmətlərinə, yalnız qeyd edilənlərlə məhdudlaşmadan, İstifadəçilər haqqında məlumatların təhlili, xidmətlər, veb-saytlar və məlumat bazalarının işlənməsi, yerləşdirilməsi və saxlanılması daxil ola bilər. AYNA bu kimi şəxslərin heç birinə İstifadəçi məlumatından hər hansı digər məqsəd üçün istifadə etməyə və ya bu kimi xidmətlər kontekstindən kənarda İstifadəçi ilə əlaqə saxlamağa icazə vermir. 4.2. AYNA fərdi məlumatları aşağıdakı hallarda açıqlaya bilər: 4.2.1. Dövlət orqanı və ya nümayəndəsinin qanuni sorğusuna, məhkəmə qərarına, hər hansı hüquqi proses də daxil olmaqla, AYNA-nın qanunvericiliklə nəzərdə tutulan öhdəliklərini yerinə yetirmək üçün zəruri olduqda; 4.2.2. AYNA-nın hüquq və mənafelərini müəyyən etmək, həyata keçirmək və ya qorumaq üçün zəruri olduqda; 4.2.3. Digər şəxsin həyat baxımından mühüm olan mənafelərini qorumaq üçün zəruri olduqda; 4.3. Yuxarıda qeyd edilən hallarda, İstifadəçinin fərdi məlumatlarını Azərbaycan Respublikasının hüdudlarından kənarda fərdi məlumatların müxtəlif səviyyədə hüquqi mühafizəsini təmin edən qanunvericiliyə malik olan ölkələrdə yerləşən üçüncü şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun ötürülə bilər. 4.4. AYNA, topladığı İstifadəçi məlumatlarını mühafizə etmək üçün qanunvericiliklə nəzərdə tutulan təhlükəsizlik tədbirlərindən istifadə edir. 4.5. Veb sayt, digər saytlara və ya proqramlara istinadları ehtiva edə bilər. AYNA, bu saytların və proqramların məxfilik siyasətinə nəzarət etmir və ya onların icrasında iştirak etmir. AYNA hər hansı saytların və proqramların məzmununa və/və ya istifadəsinə görə məsuliyyət daşımır. 5. İSTİFADƏÇİ HÜQUQLARI 5.1. Qanunvericilik Sizə aşağıda sadalanan hüquqları verir: 5.1.1. Fərdi məlumatlarınız ilə tanış olmaq; 5.1.2. Qeyri-dəqiq məlumatlara düzəliş etməyi tələb etmək; 5.1.3. Fərdi məlumatlarınızı silməyi tələb etmək; 5.1.4. Fərdi məlumatlarınızın işlənməsinin məhdudlaşdırılmasını tələb etmək; 5.1.5. Fərdi məlumatlarınızın işlənməsinə etiraz etmək; 5.1.6. Fərdi məlumatlarınızın surətini tələb etmək; 5.1.7. Müvafiq nəzarət orqanına şikayət vermək; 5.1.8. Fərdi məlumatların işlənməsi üçün əvvəllər verilmiş razılığı geri götürmək; 5.1.9. Fərdi məlumatların mühafizəsinə dair Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş digərhüquqlardan istifadə etmək. 5.2. Razılığınızın geri götürülməsi, razılığın geri götürülməsinə qədər həyata keçirdiyimiz istənilən məlumat işlənməsinin qanuniliyinə, eləcə də razılıqdan fərqli olaraq, digər qanuni əsaslara istinad edilərək həyata keçirilən fərdi məlumatlarınızın işlənilməsinə təsir etməyəcək. Hüquqlarınızdan istifadə etmək istədiyiniz təqdirdə, office@ayna.gov.az elektron ünvanı vasitəsilə əlaqə saxlaya bilərsiniz. 6. FƏRDİ MƏLUMATLARIN MƏHV EDİLMƏSİ 6.1. Xidmətlərdən istifadə müddəti başa çatdıqda və ya xitam verildikdə, şəxsi hesab sil
AYNA-nın elektron xidmət portalında ən çox istifadə olunan xidmətlərə bu bölmədən keçid edə bilərsiz
E-Daşıyıcılar
Sərnişin və yük daşımalarını yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən informasiya altsistemi
E-Daşıyıcılar
Sərnişin və yük daşımalarını yerinə yetirən sahibkarlar haqqında məlumatların qeydiyyatının aparılmasını təmin edən informasiya altsistemi
Elektron əmtəə-nəqliyyat qaiməsi
Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən informasiya altsistemi
Elektron əmtəə-nəqliyyat qaiməsi
Avtomobil nəqliyyatı ilə daxili yükdaşımlarında əmtəə nəqliyyat qaiməsinin elektron qaydada tərtib edilməsinə imkan verən informasiya altsistemi
Fərqlənmə nişanının verilməsi üçün müraciət
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın verilməsi ilə bağlı informasiya altsistemi
Fərqlənmə nişanının verilməsi üçün müraciət
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə "Fərqlənmə nişanı" və "Xüsusi fərqlənmə nişanı"nın verilməsi ilə bağlı informasiya altsistemi
Rəqəmsal taxoqraf
Bu xidmət vasitəsilə rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.
Rəqəmsal taxoqraf
Bu xidmət vasitəsilə rəqəmsal taxoqraf kartlarının verilməsi üçün müraciət və sənədlərin qəbulu mümkündür.
Elektron formulyar
Qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın elektron qaydada tərtib edilməsi
Elektron formulyar
Qeyri-müntəzəm sərnişin daşımalarında formulyarın elektron qaydada tərtib edilməsi
Avtovağzal pasportu
Avtovağzallara (avtostansiyalara) pasportların verilməsi
Avtovağzal pasportu
Avtovağzallara (avtostansiyalara) pasportların verilməsi